Qəndəharda polisə hücum olub

Əfqanıstan milli ordusunun texnikası

-

Əfqanıstanın cənubunda Qəndəhar vilayətində bomba qoyulmuş maşın partladılıb, azı 2 nəfər həlak olub.

Hadisə polis məntəqəsi yaxınlığında baş verib.

15 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Qəndəhar taliban yaraqlılarının məskənidir, vaxtilə Taliban rejiminin paytaxtı olub.

Son vaxtlar Əfqanıstanda əsgər və polisə hücumlar artıb.