Yəmənin paytaxtı Sanaada azı 15 nəfər ölüb,onlarla adam yaralanıb

Yemen -- A girl runs for shelter during an air strike in Sanaa, April 8, 2015

Yəmənin paytaxtı Sanaanın bombalanması nəticəsində azı 15 nəfər ölüb,onlarla adam yaralanıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri aprelin 20-də yenidən şiələrin birləşdiyi Huti qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Hava zərbələrindən sonra yüzlərlə sakin həmin ərazini tərk edib.

Hazırda paytaxt Sanaa və Yəmənin bir sıra əyalətləri Huti yaraqlılarının nəzarətindədir.

Ölkə prezidenti Mansur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Ərəb ölkələri bildirir ki, Huti qrupunun arxasında İran durur.

Tehran ittihamı rədd edir.