Ağ evin hasarını aşmaq istəyən yaxalanıb

Ağ ev

Bazar günü axşam Ağ evin hasarını aşmağa cəhd göstərən 1 nəfər təhlükəsialik qüvvələri tərəfindən saxlanıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, həmin adamın üstündə şübhəli paket olsa da ,içərisində təhlükəli heç nə aşkar edilməyib.

Amma həmin adamın adı açıqlanmır.

Son aylarda Ağ evdə bir neçə dəfə belə hadisə baş verib.