BMT: İlin əvvəlindən Donbasda 400 dinc sakin həlak olub

Ukrayna hərbçisi

-

BMT-nin məlumatına görə, ilin əvvəlindən Ukraynanın şərqində yaşayış evlərinin atəşə tutulması və mina partlayışları nəticəsində 400-ə yaxın dinc sakin həlak olub.

Münaqişə başlanandan bir il ərzində isə 1 milyon 200 mindən çox adam köçkünə çevrilib. Onlardan 155 mini uşaqdır.

BMT-nin hesabatında bildirilir ki, UNİCEF Ukraynada humanitar əməliyyatlar üçün istədiyi məbləğin yalnız 8 faizini ala bilib.

Ötən gecə Donbasda separatçılar atəşkəs rejimini yenidən pozublar. Bu barədə Ukrayna ordusu məlumat yayıb. Donetskin cənubunda isə Ukrayna hərbi birləşmələri pilotsuz qurğuların 6 uçuşunu müşahidə ediblər.

Kiyev bildirir ki, separatçıların Ukrayna hərbçilərinə açdığı atəşin intensivliyi azalıb. Ötən axşam Luqansk vilayətində atəşkəs rejiminin pozulması qeydə alınmayıb.