Batan balıqçının cəsədi tapılıb

arxiv foto

-
Aprelin 15-də Qaradağ rayonunda sahildən 200 metr aralıqda batan balıqçının meyiti tapılıb.

Xilasedicilər 46 yaşlı Şamil Məmmədovun cəsədini batdığı yerdən 30 metr aralıda aşkar edib. Əməliyyat saat 11:10-da başa çatıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.