İspaniya siyasətçisi, BVF-in keçmiş rəhbəri Rodrigo Rato fırıldaq və çirkli pulların yuyulması ittihamları ilə tutulub saxlanıb.
İspaniya siyasətçisi, BVF-in keçmiş rəhbəri Rodrigo Rato fırıldaq və çirkli pulların yuyulması ittihamları ilə tutulub saxlanıb.
Vergi polisi cənab Rato-nun Madriddəki evində axtarış aparıb.
O bir neçə saatdan sonra heç bir rəsmi iitham təqdim olunmadan azadlığa buraxılıb.
66 yaşlı Rato BVF-ə 2004-2007-ci illərdə rəhbərlik edib.
Bundan əvvəl o İspaniya Xalq Partiyasının tanınmış üzvlərindən olub.
O keçmiş baş nazir Jose Maria Aznarın mühafizəkar hökumətində maliyyə naziri işləyib.
Rato artıq 2012-ci ildən İspaniyanın Bankia kredit bankının rəhbəri kimi təhqiqat altında idi.
Hazırda cənab Rato məhz bu bankdakı fəaliyyətinə görə şübhəli sayılır.
Onun özü bütün iddiaları rədd edir.