Ukraynada tanınmış jurnalist Oles Buzina öldürülüb- [videolar]

Jurnalist yaşadığı evin girişində 2 maskalı adam tərəfindən güllələnib

-

Ukraynanın tanınmış jurnalisti Oles Buzina aprelin 16-da paytaxt Kiyevdə qətlə yetirilib.

Bu barədə yerli kütləvi informasiya vasitələri xəbər verirlər.

Qətl şəhərin Shevcenko rayonunda tərədilib. Jurnalist yaşadığı evin girişində 2 maskalı adam tərəfindən güllələnib.

Məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Rusiya prezidenti canlı yayımda jurnalist Oles Buzina-nın öldürülməyi ilə bağlı suala münasibət bildirib.

Hadisə yerindən çəkilmiş video