Teymur Rəcəbov finala çıxdı Noyabr 02, 2006 Azərbaycan şahmatının nümayəndəsi Teymur Rəcəbov Fransada keçirilən beynəlxalq turnirdə finala çıxıb. O, yarımfinalda ukraynalı Andrey Volokitini iki partiyada məğlub edib. Finalda Rəcəbovun rəqibi bir başqa ukraynalı – Sergey Karyakin olacaq.