Azərbaycanda 18 kəndin tarixi adı özünə qaytarılıb

Azərbaycanın Laçın şəhəri

Aprelin 15-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından olan müraciətlərə baxılaraq bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi, bəzi eyniadlı kəndlərin adlarının isə dəyişdirilməsi məsələsi müzakirə olunub.

Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, eyniadlı 13 kəndin adı isə dəyişdirilib.