Azərbaycan qlobal informasiya texnologiyaları hesabatında geriləyib

Foto arxiv

Dünya İqtisadi Forumu İnformasiya və Kommunikasiya Texnologiyaları ilə bağlı illik hesabatını yayıb.

"Qlobal informasiya texnologiyaları hesabatı 2015" adlı hesabat ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirir.

Azərbaycan "Şəbəkə hazırlığı indeksi" göstəricisinə görə bu dəfə 143 ölkə arasında 57-ci yerdə gəlir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəlki hesabatda 148 ölkə arasında 49-cu yerdə gəlirdi.

Son hesabatda Azərbaycan qonşuları Ermənistan (58), Gürcüstan (60) və İranı (96) qabaqlayır. Türkiyə isə 48-ci yerdədir

Keçmiş Sovet respublikalarından Qazaxıstan 40-cı, Rusiya, 41,ci, Ukrayna 71-ci, Moldova 68-ci, Qırğızıstan 98-ci,Tacikistan isə 117-ci yerdə gəlir.

Siyahıda ilk üçlüyə Sinqapur, Finlandiya və İsveç başçılıq edir.

Sonda isə Çad, Qvineya və Burundi gəlir.