Manatın məzənnəsi – 15 aprel

-

Mərkəzi Bankın aprelin 15-nə olan məlumatına görə, valyuta məzənnəsində cüzi dəyişiklik olub, manat dollara nisbətən möhkəmlənib. Avro isə bahalanıb.

Mərkəzi Bankın bu gün üçün müəyyənləşdirdiyi kurs belədir: dollar 1.0511, avro 1.1167 manat.

Aprelin 14-də dollar 1.0514, avro isə 1.1106 manat olub.

Mərkəzi Bank bu ilin fevralından manatı dollara nisbətdə möhkəmləndirmək siyasətini dəyişib və manat az bir vaxtda dollara nisbətən 30 faizdən çox bahalanıb.

Manatın ucuzlaşdırılması qərarına qədər 1 dollar təxminən 0, 78 manat olub.