Azərbaycan kompüter istehsalına başlayır

Foto: Arxiv

-

Azərbaycan “Acer” markalı fərdi kompüterlərin seriyalı istehsalına başlayır.

Məlumatı "Trend" informasiya agentliyi yayıb.

Agentlik yazır ki, istehsala başlamaq üçün bütün lazımi şərait yaradılıb. Bunun üçün yalnız Dövlət Gömrük Komitəsinin müvafiq icazəsini almaq məsələsi həll edilməlidir.

İstehsal olunan kompüter texnikası “İntel” şirkətinin prosessor və çiplərinə əsaslanacaq.

Layihənin Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdiriləcəyi gözlənilir. Layihəyə ilkin investisiyanın 10 milyon manat olduğu bildirilir.