Ukraynalı oliqarx Kolomoyskiy prokurorluğa çağırılıb

Ihor Kolomoyskiy

Ukraynalı oliqarx İhor Kolomoyskiy ifadə vermək üçün prokurorluğa çağırılıb.

O 10 il əvvəl vəkilə sui-qəsd edilməsində şübhəli bilinir.

Vəkil Serhiy Karpenko 2005-ci ildə bıçaqlanıb, amma sağ qalıb və həyatı təhlükədə olduğuna görə, ölkəni tərk etməli olub.

Kolomoyskiy bu hücumun təşkilində şübhəli bilinir.

Baş prokuror Viktor Shokin onun istintaq altında olub-olmaması barədə bir şey deməyib və qeyd edib ki, bu barədə müstəntiq qərar verməlidir.

Ukraynanın ən varlı adamlarından biri olan Kolomoyskiy martın 24-də prezidentin sərəncamı ilə Dnepropetrovsk vilayətinin qubernatoru vəzifəsindən azad edilib.

Kolomoyskiy və onun silahlı adamları bundan əvvəl Ukr TransNafta şirkətinin menencerinin dəyişdirilməsinə etiraz olaraq şirkətin Kiyevdəki ofisinə basqın eləmişdilər.