Əfqanıstanın şərqində törədilən iki partlayışda azı 13 dinc sakin ölüb.
Mikroavtobusun aprelin 10-da Qəzni əyalətində yolda minaya düşməsi nəticəsində azı 10 sərnişin ölüb.
Nanqarhar əyalətində isə NATO qüvvələri üçün nəzərdə tutulan maşının partladılması nəticəsində azı 3 dinc sakin ölüb, 4-ü isə yaralanıb.
Hücum Calal-abad hava limanı yaxınlığındakı ABŞ Bazasının ətrafında törədilib.
Bu hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
Talibançıların bir gün əvvəl Məzari-Şərif şəhərində məhkəmə binasına hücumu nəticəsində isə 10 nəfər ölüb, onlarla adam isə yaralanıb.
Ölənlərdən 5-i təhlükəsialik xidmətinin əməkdaşlarıdır.