-
ABŞ-da televiziya ulduzu Kim Kardashian ailəsi ilə birlikdə Yerevana gəlib. Səfərin məqsədi Osmanlı imperiyası dövründə etnik ermənilərin “soyqırımı”nın 100 illiyi tədbirlərinə qatılmaqdır.
Kardashian-ı əri, reper və sahibkar Kanye West, bacısı Khloe və körpə qızı müşayiət edir. Onları aprelin 8-də aeroportda, Yerevanın mərkəzindəki oteldə onlarla insan, o cümlədən jurnalist qarşılayıb.
Kardashian Ermənistanda 8 gün qalacaq. Onun əcdadları 19-cu əsrin sonlarında Birləşmiş Ştatlara köçüb. Kardashian 1.5 milyon erməninin 2-ci dünya müharibəsi zamanı soyqırıma məruz qalmasını təbliğ edir.
Türkiyə bu iddiaları rədd edir.