MTN zabitinin ölümü ilə bağlı cinayət işi açılıb

MTN

-

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabitinin ölümü ilə əlaqədar cinayət işi başlanıb.

Məlumatı Trend yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, aprelin 8-də səhər saat 10 radələrində Bakının Nərimanov rayon sakini Azər Əliyev yaşadığı Həsənoğlu küçəsi, 6 ünvanında çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Azər Əliyev MTN-in zabiti, polkovnik-leytenant idi.