Dünyanın ən kiçik kompüteri düzəldilib [Video]

Miçiqan Universitetinin tətbiqi riyaziyyat kafedrası elan edib ki, dünyanın ən kiçik kompüterini düzəldib. Bu məlumatı CBS News verir.

Michigan Micro Mote (M^3) adlı bu kompüterin həcmi cəmi 1 kub mm-dir.

O, düyü dənəsindən kiçikdir, metal pulun qırağından nazikdir.

Hazırda kompüteri düzəldənlər bir sıra şirkətlərlə danışqlar aparırlar ki, onun kütləvi istehsalına başlasınlar.

Kompüter şəkillər çəkə, temperature ölçə, bunu yaddaşa yaza bilər.

Yeni kompüter tibbdə - kəllədaxili təzyiqi və ya göz daxilində təzyiqi ölçmək üçün istifadə oluna bilər.

Onun digər istifadə yeri sənaye və infrastruktur ola bilər. Onu məsələn, yola yerləşdirib, yolların vəziyyətini monitorinq etmək olar.

Hazırda bu kompüter informasiyanı 7 metr məsafəyəcən ötürə bilir.