Tikintidə ölüm faktı ilə bağlı cinayət işi açılıb

-

Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Hadisə aprelin 7-də «Şərur» Mənzil-Tikinti Kooperativinin Binəqədi rayonunda inşa etdiyi tikintidə olub. Tikintinin 3-cü mərtəbəsindən fəhlə işləyən, 1994-cü il təvəllüdlü Nahid Əliyev yıxılaraq ölüb.

Bakı şəhər Prokurorluğundan apa-ya verilən məlumata görə, faktla bağlı tikintidə təhlükəsizlik qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.​