DiCaprio ekoloji villalar tikir

Karib dənizində Beliz yaxınlığında şəxsi adası olan Leonardo DiCaprio burda milyonçular üçün eko-kurort yaradır.

Hollivud ulduzu bu adanı 2005-ci ildə 1,75 milyon dollara alıb. Adanın sahəsi 42 hektardır. Burdan materikə motorlu qayıqla 15 dəqiqəlik yoldur.

Bu barədə məlumat verən New York Times yazır ki, adada tikiləcək eko-villaların qiyməti 5 milyondan 15 milyon dollara kimi olacaq.

Bütün evlər günəş enerjisi və okean sularının enerjisi ilə işləyəcək.

DiCaprio 1998-ci ildə öz adına fond yaradıb. Bu fond ekoloji layihələrə qrantlar verir.