Nalbandyan və Lavrov Qarabağ münaqişəsini müzakirə edəcək

Arxiv fotosu: Rusiyanın xarici işlər naziri Sergei Lavrov (sağda) və onun erməni həmkarı Eduard Nalbandian

-

Aprelin 7-8-də Ermənistanın xarici işlər naziri Eduard Nalbandian Moskvaya gedəcək. Sergei Lavrovun dəvəti ilə baş tutan səfərdə tərəflər bir sıra ikitərəfli məsələləri, o cümlədən də Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.
Xəbəri Rusiya Xarıcı İşlər Nazirliyi yayıb.