Azərbaycan güləşçiləri iki medal qazanıb

Foto: Arxiv

-

İstanbulda yunan-Roma güləşi üzrə Vehbi Emrenin xatirəsinə həsr olunan turnirdə Azərbaycan millisi iki medal qazanıb.

Turnirdə 21 ölkədən 250 güləşçi iştirak edib.

Yarışda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan millinin üzvü Elman Muxtarov turnirin qızıl medalını qazanıb. Taleh Məmmədov isə bürünc medala sahib olub.