Helikopter qəzaya uğrayıb

Malayziyada mülki helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Ölkənin şimalındakı Kuantan şəhərindən havaya qalxan helikopter Semenyih şəhəri yaxınlığında qəzaya uğrayıb. Həlak olanların cəsədi müəyyənləşdirilib.

Daxili işlər naziri Zahid Hamidi deyib ki, ölənlər arasında 2009-2012-ci illərdə Malayziyanın Vaşinqtondakı səfiri Jamuliddin Jarjis də olub.