AŞPA-nın həmməruzəçisi Pedro Agramunt Bakıya gəlir

Pedro Agramunt

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Pedro Agramunt aprelin 8-9-da Bakıya gələcək.

APA-nın məlumatına görə, səfərdə məqsəd qurumun İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hesabat hazırlamaqdır.

Hesabat belə adlanır: “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan haqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?”

Pedro Aqramuntun səfər zamanı ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.