Az işləyib, çox məhsuldar olmağın 6 yolu

Arxiv fotosu

-

Bu yolları http://www.entrepreneur.com/ saytı son illər aparılmış araşdırmalara əsaslanıb təqdim edir.

1.Açıq havaya çıxın

Günorta bir stəkan çay və ya kofe almaq fikriniz varsa, onu bayırdakı dükanlardan alın - araşdırmalar görtərir ki, ayaqlar çalışanda və təmiz hava alanda məhsuldarlıq artır.

Üstəlik, araşdırmalara görə, hər 52 dəqiqədən bir 17 dəqiqə fasilə vermək, işin keyfiyyətini artırır.

2. Qısa piyada gəzintilər planlayın

İş günlərində idman etmək heçdə həmişə mümkün olmur. Odur ki, vaxtınızı elə ayarlayın ki, görüşlərinizə piyada gedə biləsiniz. Piyada gəzmənin yaradıcı təfəkkürü inkişaf etdirməsi ilə bağlı araşdırmalar var.

3. Naharı iş yoldaşlarınızla edin

Günorta yeməyinizi tez-tələsik laptopunuzun üstündə yeməyin. Araşdırmarlar göstərir ki, naharı kompüterinizdən kənarda, iş yoldaşlarınızla birlikdə yemək sizə yenidən işə qayıdanda daha çox fayda gətirəcək.

Yaxşı olar ki, nahar üçün ofisdən kənarda bir yer seçəsiniz.

4. Bununcün app-lər də var

Kompüterin ekranından kənarda durmağı sizə xatırlatmaq üçün "applicationlar" (Proqram əlavələri) də var- Workrave və Big Stretch Reminder sizi məcbur edəcək ki, vaxtında durub istirahət edə biləsiniz.

5. Sevdiklərinizlə söhbət edin

İş vaxtı dostunuz, qohumunuz, ailə üzvlərinizlə, sevdiklərinizlə qısasöhbət edin. Araşdırmalar göstərir ki, insan emosional dayağı olduğunu hiss edəndə daha az acıqlı olur.

6. Yazarlıq edin

Gün ərzində stressi azaldan vasitələrdən biri də təsviri yazıdır. Bir neçə dəqiqə sərf edib hisslərinizi, özünüzü ifadə edin. Alimlər deyirlər ki, ifadəli yazı əhval xəstəliklərini sağaldır, yaddaşı yaxşılaşdırır.