Şamaxıda 4 bal gücündə zəlzələ olub

-

Martın 30-da Şamaxıda 4 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 15:22:05-də Pirquludan 13km şimalda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.