TAP konsorsiumu tender alan edib

Transadriatik qaz kəməri konsorsiumu kəmərin Terminalı və İtaliyada quruda çəkiləcək kəmərlə bağlı tender elan edib.

Bu barədə APA agentliyi konsorsuma istinadla xəbər verir.

Tenderlə bağlı ərizə qəbulu aprelin 7-dək keçiriləcək.

Qeyd edək ki, bu kəmərlə Azərbaycan qazının Avropa bazarlarına nəqli nəzərdə tutulur.