Ukraynanın şərqində 3 nəfər minada ölüb

Cəbhə xəttindən gələn əsgərlərin qarşılanması

Ukraynanın şərqində avtobus minaya dəyib, 3 nəfər həlak olub.

Avtobus hökumət qüvvələrinin nəzarətində olan Artemivsk şəhərindən Horlivkaya gedirmiş. Horlivka separatçıların nəzarətində olan ərazidə yerləşir. Məlumatlara görə, sürücü nəzarət məntəqəsinin yaxınlığından keçəndə minaya dəyib. Azı 7 yaralı xəstəxanaya aparılıb.

Prezident Petro Poroshenko isə Kiyev beynəlxalq aeroportunda ABŞ-dan gələn hərbi yardıma baxıb. Yardıma 10 Humvee maşını da daxildir.

Vaşinqton Ukraynaya 200 adi Humvee, radiolar, minaatanlara qarşı radarlar və digər qeyri-döyüş avadanlığı göndərməyi planlaşdırır. Yardımın dəyəri 75 milyon dollardır.

Konqres Prezident Barack Obamanı Ukraynaya müdafiə silahları və sursat göndərməyə çağırsa da, prezident hələlik bu çağırışları müsbət reaksiya verməyib.