Təyyarə qəzasında tanınmış müğənnilər də həlak olub

-

Fransada qəzaya uğrayan Airbus təyyarəsində həlak olanlar arasında iki tanınmış opera müğənnisi də var:

Maria Radner və Oleg Bryjak.

Hər iki müğənni Barselona operasında çıxışlarını başa vurub geri qayıdırmışlar.

Radner-lə birlikdə əri və uşağı da həlak olub.

Barselona operası onların xatirəsini 2 dəqiqəlik sükutla yad edib.

Ukrayna əsilli Bryjak Qazaxıstanda doğulub.

Alma-ata Konservatoriyasında oxuyub. Rusiyada məşhurlaşıb. 1991-ci ildə Almaniyanın Karlsrue şəhərində debüt edib.

5 il sonra Düsseldorfda çalışmağa başlayıb.

1981-ci il təvəllüdlü Radner isə Düsseldorfdandı. O, beynəlxalq müsabiqələr qalibi idi və dünya arenasında son illərdə parlamağa başlamışdı.