Tikrit uğrunda gedən döyüşlərə koalisiya qüvvələri də kömək edir

Tikrit ətrafı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın Tikrit şəhəri uğrunda gedən əməliyyatlarda yerli qüvvələrə kömək etməyə başlayıb.

Bu şəhər hazırda İslam Dövləti yaraqlılarının əlindədir.

Qərb agentliklərinin martın 24-də adı çəkilməyən koalisiya rəsmisinə istinadla verdiyi məlumata görə, koalisiya İraq hökumətinin xahişi ilə yerli qüvvələri kəşfiyyat ,müşahidə və axtariş-kəşfiyyat sahələrində dəstək göstərməyə çağırıb.

Kolaisiya qüvvələri bunadək əsasən yaraqlılara qarşı hava əməliyyatları keçirirdi.

İraq ordusu yerli şiə birləşmələri ilə birlikdə martın 2-dən Tikrit üzərinə hücuma keçib.

Keçmiş İraq dikdatoru Saddam Huseinin doğma şəhəri olan Tikrit ötən ilin iyunundan yaraqlıların nəzarətindədir.

Onlar həmçinin İraq və Suriyanın şimalında xeyli ərazi ələ keçiriblər.