Rusiyaya casusluqda ittiham olunan ukraynalı zabit 12 il həbs cəzası aldı

Ukrayna hərbi-hava qüvvələrinin zabiti Rusiyanın xeyrinə casusluq ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

Zaporojye məhkəməsi martın 23-də onu casusluq və dovlətə xəyanət və casusluqda təqsirli bilib.

Adı çəkilməyən zabir ötən ilin sentyabrında, Rusiyayanın təhlükəsizlik xidmətinə məxfi informasiya ötürməyə cəhd edərkən həbs edilib.

Müstəntiqlərin sözlərinə görə, o Ukrayna hərbi-hava qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlar yığıbmış.