Ermənistan əsgəri könüllü Azərbaycan tərəfə kecib

Foto arxiv

Ermənistan ordusunun əsgəri könüllü Azərbaycan tərəfə kecib.

Hadisə martın 22-də günorta saatlarında baş verib. Azərbaycanın Müdafiə Nazirliyi onun müqavilələ ilə xidmət edən hərbi qulluqçu Andranik Grigoryan olduğunu bildirir.

Nazirliyin məlumatına görə, Andranik Grigoryan öz hərbi hissəsini tərk edərək könüllü Azərbaycan tərəfinə təslim olub və bunun səbəbini mənasız yerə ölmək istəməməsi ilə izah edib.

Əsgərin Azərbaycan tərəfə keçməsini Ermənistan tərəfi də təsdiqləyib.