Bəşir Süleymanlı və Orxan Eyyubzadə azadlığa çıxıb- [fotolar]

Bəşir Süleymanlı

-

İlham Əliyevin 18 martda imzaladığı əfv sərəncamının icrası başalanıb. Sərəncamda siyasi məhbuslardan yalnız iki nəfər- Bəşir Süleymanlı və Orxan Eyyubzadə azad edilib. Hicab məhbusu Anar Qasımlı da əfv olunanların siyahısındadır.

Martın 19-da 3 il 6 ay azadlıqdan məhrum olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi Bəşir Süleymanlı azad olunub.

Həbsxana önündə onu ailə üzvləri, dostları qarşılayıb.

Bloqqer Orxan Eyyubzadə də həbsdən azad edilib:

Orxan Eyyubzadə dostlarının əhatəsində

​​