İran prezidenti iki futbol komandasına kredit ayırır

Ölkə mediasının verdiyi məlumata əsasən, prezident Mahmud Əhmədinejad vitse-prezident Pərviz Davudiyə göndərdiyi məktubda « İstiqlal » və « Persepolis » komandalarına 30 milyard rial ayırmaq göstərişi verib.


3.3 milyon dollara bərabər krediti alacaq həmin iki komanda son aylar futbolçuların maaşlarını verə bilmirdi. Tehranın həmin iki klubu hökumətin idman təşkilatına bağlıdır.