Nigeriyada sərnişin təyyarəsi qəzaya uğrayıb

100-dən çox sərnişin daşıyan təyyarə Nigeriya paytaxtı yaxınlığında qəzaya uğrayıb.


Yerli reyslə uçan təyyarə havaya qalxandan az sonra yerə dəyərək yanıb. Nigeriya televiziyası azı 6 nəfərin qəzadan salamat çıxdığını bildirir.


Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları yollanıb.