Əfv sərəncamı verildi

İlham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev Martın 18-də 90 nəfərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamı verib.

Əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı və blogger Orxan Eyyubzadənin də adı var.

Sərəncamla daha 4 nəfər islah işlərindən, 7 nəfərsə cərimə cəzasından azad edilib.

İnsan Haqları üzrə Birgə Qrupun üzvü Novella Cəfəroğlu bir neçə gün əvvəl Azadlıq Radiosuna REAL hərəkatının lideri İlqar Məmmədov, müsavatçı Tofiq Yaqublu və NİDA-çılar da daxil olmaqla siyasi və vicdan məhbusu hesab olunan bütün məhbusların əfv komissiyasına təqdim edilən siyahıya salındığını demişdi.

Amma sərəncam onlara şamil edilməyib.