Robert Cekuta:"ABŞ Azərbaycanla 4 sahədə danışıqlar aparacaq"

Robert Cekuta

“ABŞ dövlət katibinin köməkçisi Victoriya Nulandın Azərbaycana səfəri zamanı bir sıra məsələlər, eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi müzakirə edilib”.

APA-nın məlumatıma görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib.

Onun sözlərinə görə, 4 sahə-enerji, iqtisadiyyat, təhlükəsizlik, demokratiya və vətəndaş cəmiyyəti sahələrində danışıqlar aparılması qərara alınıb.

Səfiq qeyd edib ki, Victoria Nuland Vaşinqtona qayıtdıqdan sonra demokratiya və vətəndaş cəmiyyəti sahəsində atılacaq addımlar üzərində işə başlayıb:

“Biz fikirlərimizi Azərbaycana tərəfinə təqdim edəcək, həmçinin Azərbaycan tərəfinin fikrilərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyətinin də fikirləri öyrənilməli və onlarla iş aparılmalıdır”.