Gənclər «Birlik üçün oxu»mağa davam edirlər [video]

Azerbaijan. Baku. Azerbaijani music clip

-

Azərbaycanda və xaricdə yaşayan gənc musiqiçilər «Birlik üçün oxu» layihəsində oxumağa davam edirlər.

2013-cü ildə «Ay Laçın», 2014-cü ildə «Nazəndə sevgilim», «Girdim yarın baxçasına» mahnılarını ifa edən gənclər 2015-ci ildə «Sənə də qalmaz» və «Göy-Göl» mahnılarını ifa ediblər.

«Birlik üçün oxu» layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış «Playing for Change» (Dəyişiklik üçün çal) layihəsindən və Türkiyədə reallaşdırılmış «Doğa için çal» (Təbiət üçün çal) layihələrindən ilhamlanıb. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.

Layihəni Müsbət Dəyişiklik Gənclər Hərəkatı könüllü dəstəyi ilə reallaşdırır.