Nobel mükafatlı yazıçı Knur Hamsun Qafqaz haqda nə yazırdı?

-

“Qanun” nəşriyyatı Nobel mükafatçısı, norveçli Knut Hamsunun 3 kitabını Azərbaycan dilində çap edib.

Nağıllar diyarında

1899-cu ilin payızında Hamsun Rusiyaya və Qafqaza səfər etmiş, Peterburqu, Moskvanı, daha sonra Vladiqafqazı, Tiflisi, Batumu, Bakını gəzmişdi. 1903-cü ildə səfər təəssüratlarından bəhs edən «Nağıllar diyarında» adlı yol qeydlərini qələmə alan yazıçı bu ölkələr və şəhərlərlə bağlı müəyyən məqamlara toxunmuş, regionda yaşayan xalqlar, xüsusən də ermənilər haqqında olduqca maraqlı fikirlər ­söyləmişdir.

Pan

Yunan əsatirinə görə, Pan meşə, tarla və mal-qara tanrısı Hermesin oğludur. Panın barıtqabının üzərindəki kiçik fiquru ovçu Qlanın onun təsiri altında olduğuna işarədir. Qlan, demək olar ki, qadınlar üzərində sonsuz hakimiyyətə malik olmasıyla Pana bənzəyir. Buna baxmayaraq, bu bənzəyişin onun xarakterindəki əsas xüsusiyyətə dəxli yoxdur. Qlan öz arzu və istəklərini hər şeydən üstün tutan müasir «əsəbi insan»dır. Cəmiyyətdəki ruhsuzluq onu tənha qalaraq öz «mən»inin sirlərini çözə biləcəyi meşəyə sığınmağa məcbur edir…

Viktoriya

Romanın süjetini faciəvi məhəbbət mövzusu təşkil edir. Əsərdə yalnız dəlicəsinə sevənlərin labüd məhvə məhkum olması deyil, onların qarşısında keçilməsi çətin sədlər qoyan silki bərabərsizlik motivi də səslənir. «Viktoriya»da məhəbbət dramının sosial səbəbləri yeni məzmunda canlanır.

Kitabları Azərbaycan dilinə Nadir Qocabəyli çevirib.