Azərbaycanda gömrük qaydaları sadələşdirilir

Foto arxiv

Azərbaycanda gömrük məntəqələrində yeni qaydalar tətbiq edilir.

Artıq gömrük-buraxılış məntəqələrində yüklər açılmadan yoxlanacaq.

Bununla bağlı bütün məntəqələrdə xüsusi avadanlıqlar quraşdırılıb.

ANS-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov məlumat verib.

Bundan başqa gömrük-vergi siyasətinin optimallaşdırılması üçün də hökumətlə danışıqlar aparılır.

Şahin Bağırov qeyd etdi ki, hazıra çoxpilləli gömrük tarifi sistemi mövcuddur.

Amma yaxın vaxtlarda azpilləli sistemə keçmək müzakirə olunacaq.