Rusiyada yol qəzasında 15 miqrant ölüb

Arxiv foto

-

Rusiyada ağır yol qəzası baş verib, 15 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Ötən gecə Bryansk- Novozybkov magistralında furqonla yük maşını toqquşub. Martın 16-da Bryansk rayon polisinin sözçüsü deyib ki, furqondakıların çoxu Orta Asiyadan miqrant fəhlələr idi. Onlar vizalarını uzatdıqdan sonra sərhəd keçid məntəqəsindən qayıdırmışlar.

Bir hüquq-mühafizə rəsmisi ölənlərdən çoxunun Özbəkistandan olduğunu deyir.

Ölənlər və xəsarət alanlar furqonda gedənlərdir, yük maşınının sürücüsü yüngül xəsarət alıb.