Milli Şura hökuməti təxribatda günahlandırır

Milli Şuranın aksiyası - 9 noyabr 2014

-

«Milli Şuranın 15 mart aksiyası öncəsi hakimiyyət sosial şəbəkələrdə təxribatı davam etdirir».

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

Onun sözlərincə, martın 14-də Milli Şura sədri Cəmil Həsənlinin «Azadlıq» qəzetinin saytında yerləşdirilən müraciəti yararsız hala salınıb: «Bundan başqa, Milli Şuranın «event»inə bəzi əngəllər olub. Vaxtilə fəal cəbhəçilərin oğurlanmış profilləri vasitəsilə mitinqin vaxtı haqqında yanlış məlumat yayırlar, mitinqin martın 29-da olacağını deyirlər. Amma buna baxmayaraq biz də təbliğatımızı aparırıq».

Milli Şura martın 15-də «Talana son» şüarı ilə aksiya keçirməyi planlaşdırır. ​