Ukrayna Zaporojye vilayətinin keçmiş qubernatoru evində ölü tapılıb.
Onun boğazında güllə yarası aşkar edilib və polis hesab edir ki, çox güman ki, o özünü öldürüb.
Devrilmiş prezident Viktor Yanukovychlə əlaqəsi olan Oleksandr Peklushenko nun cəsədi Sonyachniy şəhərindəki evindən tapılıb.
O 2011-ci ildən 2014-cü ilin martınadək Zaporijyenin qubernatoru olub.
60 yaşlı peklushenko Yanukovychin “Regionalr” partiyasının üzvü və əvvəllər onun parlamentdə təmsilçisi olub.
Yanukovychin 2014-cü ilin fevralında devrilib və hazırda Rusiyada yaşayır.
İndiyədək Ukraynada onunla əlaqəsi olan 6 keçmiş məmurin intihar etdiyi bildirilir.
Amma bu məlumatlar şübhə ilə qarşılanır.
Zaporojye hazırda bir hissəsi rusiyapərəstseparatçıların nəzarətində olan Donetsk vilayəti ilə həmsərhəddir.