Türk dünyasının böyük oğlu İsmayıl Qaspralının kitabı Azərbaycan dilində

-

"Qanun" nəşriyyatı “Dildə, fikirdə, işdə birlik” ideyasının müəllifi, "Türk dünyasının böyük müəllimi" adlandırılan İsmayıl Bəy Qaspralının “Firəngistan” romanını Azərbaycan dilində nəşr edib.

Böyük fikir adamı İsmayıl bəy Qaspralının (1853-1914) trilogiya şəklində qələmə alınan “Firəngistan məktubları” romanı Krım-tatar ədəbiyyatının klassik nümunələrindən biri sayılır.

Əsas hissələri XIX əsrin sonunda qələmə alınan bu əsərdə İslam dünyasının problemləri, tarixi inkişaf yolları diqqət mərkəzinə çəkilir.

Roman realist, utopik və ictimai-siyasi çalarların zənginliyi ilə seçilir.

Müqəddimə, Krım-tatar türkcəsindən çevirmə, izahlar və şərhlər Vilayət Quliyevindir.

İsmayıl bəy Qaspralı Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovla birlikdə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Rüsiya İmperiyasındakı türk xalqlarının ən böyük mütəfəkkirlərindən sayılırdı.

Bakı, 1907. (Soldan sağa) İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov