-
TANAP-ın (Trans-Anadolu Qaz Kəməri) təməl qoyuluşu martın 17-də Türkiyənin Qars şəhərində keçiriləcək.
Bu haqda Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız məlumat verib.
Nazir deyib ki, hər hansı problem olmasa, martın 17-də Qarsda prezidentlər səviyyəsində TANAP-ın təməlqoyma mərasimi olacaq.
Trans Anadolu Qaz Boru Kəməri - təbii qazı Türkiyənin şərq sərhədindən qərb sərhədinə daşıyacaq. Layihə Azərbaycandan başlayan Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq.