Rusiyanın Ermənistandakı Gümrü bazasından itkin düşmüş müqaviləli xidmətdə olan zabit Artur Afyanın meyiti tapılıb.
Şirak vilayətinin prokuroru Raffi Aslanyanın verdiyi məlumata görə zabitin meyiti Gümrü yaxınlığında, Maisyan kəndinə gedən yolun üstündəki supermarketin qarşısında asılmış vəziyyətdə aşkar olunub.
Ölümün qətl və ya intihar əsasında baş verdiyi istintaq vasitəsilə müəyyənləşdirilməlidir.
26 yaşlı Artur Afyan fevralın 21-də yoxa çıxmışdı. O istirahət günündən sonra hərbi bazaya qayıtmamışdı və telefon zənglərinə cavab vermirdi.
Yerli medianın yazdığına görə Afyanın böyük məbləğdə borcu var imiş.
Yanvarın 12-də Gümrü bazasının başqa bir hərbçisi – Valeri Permyakov hərbi hissədən qaçaraq şəhərdəki bir erməni ailəsinin 6 üzvünü qəddarlıqla qətlə yetirmişdi.