Nursultan Nazarbaev: «Dekorasiyanı dəyişmək vaxtıdır»

Nursultan Nazarbaev

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev martın 6-da deyib ki, «dekorasiyanı dəyişmək vaxtıdır». O, tanınmış qadınlarla görüşündə bildirib ki, seçkiyə qatılıb-qatılmayacağını bilmir.

74 yaşlı Nazarbaev deyib ki, o, ölkənin müstəqilliyindən bəri dövlətin rəhbəridir: «Bəlkə də, teatrda dedikləri kimi, dekorasiyanı dəyişmək vaxtıdır». Ancaq prezident əlavə edib ki, ölkənin əksər vətəndaşı Qazaxıstanın stabilliyi üçün onun postunda qalmasını istəyir.