-
Vyana dünyada ən yaxşı həyat şəraiti olan şəhərdir. Ondan sonra Sürix gəlir. Almaniyanın 4 şəhəri – Münhen, Düsseldorf və Frankfurt da top onluqdadır.
«Mercer» konsultasiya firması illik Yaşayış İndeksi-2015 hesabatını dərc edib. İndeks 230 şəhəri əhatə edir.
BAKI-197
Mərkəzi və Şərqi Avropa şəhərlərində həyat şəraiti daha keyfiyyətlidir. Praqa 68, Budapeşt və Lyublyana 75-ci yerlərdədir.
Avropa regionunda həyat keyfiyyətinin ən aşağı səviyyədə olduğu şəhərlər Kiyev (176), Tirana (180) və Minskdir (189).
İndeksin sonunda Bağdad qərarlaşıb.
Bakı 197-ci, Yerevan 183, Tbilisi 184-cü yerlərdədir. Rusiya paytaxtı Moskva167-ci, Tehran 203-cü yerdədir.
BU ŞƏHƏRLƏRDƏ YAXŞI XƏSTƏXANALAR, MƏKTƏBLRƏ VAR
«Mercer»in baş məsləhətçisi Kate Fitzpatrick «The Telegraph» qəzetinə deyib:
«Avropa şəhərləri ona görə yuxarı yerlərdədir ki, daimilik, təhlükəsizlik və yüksək keyfiyyət onlara xas xüsusiyyətdir. Avropa şəhərlərində yaxşı xəstəxanalar, məktəblər var. Onlar təhlükəsizdir və yaxşı nəqliyyat əlaqələri mövcuddur».
Avstriya paytaxtı Vyana isə həm təmizdir, həm də bütün kateqoriyalar üzrə yüksək bal toplayıb.
«Mercer» qiymətləndirməni 10 kateqoriya üzrə aparır: siyasi və sosial mühit, iqtisadi mühit, ictimai-mədəni mühit, tibbi şərait, məktəblər və təhsil, ictimai xidmətlər və nəqliyyat, istirahət, istehlak malları, ev və təbii mühit.
İLK VƏ SON 10 YER
«The Telegraph» ilk və son onluqların siyahısını təqdim edir:
1. Vyana, Avstriya
2. Sürix, İsveçrə
3. Oklend, Yeni Zelandiya
4. Münhen, Almaniya
5. Vankuver, Kanada
6. Düsseldorf, Almaniya
7. Frankfurt, Almaniya
8. Cenevrə, İsveçrə
9. Kopenhagen, Danimarka
10. Sidney, Avstraliya
...
220. Dəməşq, Suriya
221. Nuakşot, Mavritaniya
222. Konakri, Qvineya
223. Kinşasa, Konqo Demokratik Respublikası
224. Brazzavil, Konqo Respublikası
225. Sana, Yəmən
226. Ndjamena, Çad
227. Xartum, Sudan
228. Port-o-Prens, Haiti
229. Bangi, Mərkəzi Afrika Respublikası
230. Bağdad, İraq
BAKIDAN ÇƏKİLMİŞ FOTOLAR: