Avropa Oyunlarına biletlərin qiyməti açıqlanıb

Bakı - 2015

-

report.az saytının məlumatına görə, qiymətlər Avropa Oyunlarına 100 gün qalması münasibətilə təşkil olunan mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, «Bakı 2015» I Avropa Oyunlarında uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlər pulsuz olacaq.

O da deyilib ki, biletlər böyüklər üçün münasib qiymətə satılacaq. Qiymətlər yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq 2-5 manat təşkil edəcək.

Lakin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında keçiriləcək yarışlar istisna təşkil edəcək. Burada 16 yaşdan kiçik şəxslər üçün biletlər 1 manata olacaq.

Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan tamaşaçılar üçün bilet qiymətləri fərqli olacaq. Açılış mərasimi üçün biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün isə 10 manatdan başlanır.