Halit Ergenç Bakıya gəldi

Halit Ergenç

-

Bir neçə gündür Türkiyə mediası Bakıda çəkilişləri başlayan «Əli və Nino» filmi barədə xəbərlər yayır.

«Milliyet» filmdə rol alan ünlü aktyor Halit Ergenç-in artıq Bakıda olduğunu yazıb.

«Muhteşem Yüzyıl» serialında Sultan Süleymanı canlandırarkən buraxdığı saqqalını uzun sürə kəsməyən aktyorun Asif Kapadia-nın «Əli və Nino» filmində oynamaq üçün imicini dəyişdirdiyi--başını qırxdırdığı, qısa saqqal saxladığı qeyd olunub.

«Habertürk» «Əli və Nino»nun görüntü rejissoru olan Gökhan Tiryaki barədə məlumat verib.

«Kelebeğin Rüyası», «Üç Maymun», «Bir zamanlar Anadoluda», «Kış Uykusu» kimi məşhur filmlərin görüntü rejissoru Gökhan Tiryaki-nin bu dəfə «Oscar» ödüllü Christopher Hampton-un ssenaristi olduğu «Əli və Nino» filmində çalışacağı diqqətə çatdırılıb.

Xəbərdə filmin çəkilişlərinin Bakı və İstanbulda gerçəkləşəcəyi və filmin çəkiliş qrupunda xeyli Türkiyə vətəndaşlarının yer aldığı vurğulanıb.

Bakıda «Əli və Nino» filmi çəkilir- [19 foto]