Elmar Hüseynovun mənzilinin kandarında öldürülməsindən 10 il ötdü

Sizin brauzer HTML5-i dəstəkləmir

Martın 2-də Elmar Hüseynovun mənzilinin kandarında öldürülməsindən 10 il ötdü. O hakimiyyəti tənqid edən «Monitor» jurnalının redaktoru idi. Ölümündən sonra xanımı və azyaşlı oğlu Norveçə mühacirət etdi. 2005-ci il martın 2-də törədilən qətlə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb.